İranda "Eşşək qulağı və "Keçi gözü estetik əməliyyatlarını etmək və etdirmək qadağan edilib.

Unikal.org İran KİV-inə istinadən xəbər verir ki, bunu parlamentin Hüquq komissiyasının sözçüsü Həsən Novruzi deyib.

Onun sözlərinə görə, qadağanı pozan 10 gündən 2 aya qədər həbs, 74 şallaq zərbəsi ilə cəzalandırılacaq. H.Novruzi bu növ əməliyyatların ictimai əxlaqa zidd olduğunu vurğulayıb.

İran dünyada estetik əməliyyatların aparılmasna görə ilk sıralardadır.