Türkiyə mətbuatında müğənni Kibariyənin Almaniyanın Dortmund şəhərində verəcəyi konsertin bilet pullarını da yığıb, qaçması ilə bağlı məlumat yayılıb. 

Unikal.org xəbər verir ki, bu barədə konsertin təşkilatçıları açıqlama veriblər. Təşkilatçılar öz sosial media hesabları vasitəsilə video çəkərək, şikayətlərini bildiriblər. Daha sonra Kanal D-də yayımlanan bir maqazin verilişinə bağlanaraq Kibariyə tərəfindən aldadıldıqlarını söyləyiblər:

"Kibariyə və yoldaşı təyyarədən enər-enməz məndən dükana girmək üçün pul istədilər. Bir xeyli ərzaq aldıqdan sonra konsertin keçiriləcəyi məkana keçdik. Bundan sonra Kibariyənin yoldaşı Ali Küçükbalçıq qapının ağzına öz adamlarını qoydu və biletin pullarını yığmağa başladı. Sonra mənə yaxınlaşıb Kibariyənin konsertə çıxmaq istəmədiyini bildirdi".

"Mən Kibariyəyə bunun onun etibarına xələl gətirəcəyini desəm də o, həyat yoldaşının sözü ilə hərəkət etməyi seçdi. Pulu da götürüb getdilər .

Kibariyə isə öz növbəsində sosial mediadan paylaşım edərək bildirdi ki, konsertin təşkilatçıları şərtlərimi yerin yetirmədikləri üçün konsertə çıxmadığını bildiirb.