Ağcəbədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Dadaş İbrahimov vəzifəsindən azad edilib.

Unikal.org bildirir ki, bu barədə Trend-ə Ağcabədi DYPŞ-nin rəis müavini Natiq Hüseynov məlumat verib.

Rəis müavini bildirib ki, D.İbrahimov daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib. Şöbə rəisi vəzifəsi isə müvəqqəti olaraq N.Hüseynova həvalə edilib.