Pekində ABŞ dövlət katibi Antoni Blinken və Çinin xarici işlər naziri Van Yi arasında danışıqlar qarşılıqlı qınaqlarla başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb. 

Van Yi diqqəti ümumilikdə Vaşinqton və Pekin arasında münasibətlərin “sabitləşməyə” başladığına yönəldib. Onun sözlərinə görə, Çinin əsas maraqlarına etiraz edilib və ÇXR-in qanuni hüquqları “əsassız şəkildə sıxışdırılıb”. Beləliklə, o, Cənubi Çin dənizində baş verənlərə işarə edərək, Vaşinqtonun hərbi infrastrukturunu genişləndirmək planlarından narazılığını ifadə edib.

Blinken də öz növbəsində mövcud fikir ayrılıqlarını etiraf edib və vəziyyətdən çıxış yolunu diplomatiya yolu ilə tapmağa çağırıb.

Blinkenin Çinə səfəri aprelin 24-dən 26-na kimi davam edəcək. ABŞ dövlət katibi Pekindən əlavə Şanxaya da səfər etməyi planlaşdırır.

Gülayə Mecid