Xəbər verdiyimiz kimi, İstanbulun Beşiktaş ərazisində yerləşən otellərdən birində qalan kriminal avtoritet Rövşən Lənkəranski avtomobillə oteldən çıxan zaman naməlum şəxslər tərəfindən güllələnib.

Türkiyə mediası əvvəlcə onun həlak olması, daha sonra isə Şişli Etfal Xəstəxanasına aparılması və həkim nəzarətinə alınması haqda xəbərlər yayıb.

Unikal.org telqraf.com-a istinadən Şişli Etfal Xəstəxanasının qəbul şöbəsi ilə telefon danışığının audio yazısını təqdim edir.