Rusiyada hüquq-mühafizə orqanları polisin ayağını dişləyən futbol hakimini saxlayıblar.

Unikal.org Report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsindən "RİA Novosti"yə açıqlama verilib.

Bildirilib ki, hadisəyə Yekaterinburq "Avtomobilist"i ilə Sankt-Peterburq OİK-i arasındakı hokkey üzrə ölkə çempionatı matçına hakimin buraxılmaması səbəb olub. Həmin şəxs içkili halda səs-küy salmaq istədikdə barəsində inzibati protokol tərtib olunub. Bu zaman hakim oyuna gecikməsindən qəzəblənərək, polisin ayağının yuxarı hissəsindən dişləyib. Onu "Xırda xuliqanlıq" maddəsi ilə 15 sutkayadək həbs gözləyir.

Qeyd edək ki, həmin şəxsin Rusiya Futbol İttifaqının hakimi olduğu açıqlanıb.