Daha bir azərbaycanlı qız Türkiyədə evlilik verilişinə qatılıb.

Unikal.org-un məlumatına görə, Kamilla adlı qız "Show TVdə efirə gedən "Evleneceksen gel verilişində gəlin namizədlərdən olub. Kamilla Bakıda dünyaya gəldiyini və böyüdüyünü, daha sonra yaşamaq üçün Almaniyaya yollandığını deyib. O bildirib ki, "Oxford universitetini bitirib. 30 yaşı olan Kamilla verilişə həkim olan anası Dilarə xanımla birlikdə gəlib.

Seda Sayan və Uğur Arslanın aparıcılığını etdiyi verilişdə Kamillaya bir çox bəy namizədlər gəlib. Varlı bir bəy namizəd axtardığını deyən Kamilla hələ ki heç bir namizədini bəyənməyib. O, şirkət sahibi olduğunu söyləyib.