Türkiyədə "Star TVdə yayımlanan "Zuhal Topalla verilişinə qatılan azərbaycanlı gəlin Naz ərə gedir.

Unikal.org-un məlumatına görə, Naz ona namizəd olan Baha adlı oğlanın təklifini qəbul edib. Bir müddətdir tanışlıq mərhələsində olan cütlük evlənmə qərarına gəlib.

Naz "Öz vətənimdə bəzi insanlar mənə tənqid yazır, münasibətimizə inanmır. Məni sevməsəniz də, məndən ev qadını olmayacağını desəniz də, Bahanın əlini buraxmayacam. Onların acığına ayrılmayacağıq, evlənib, nikah şəhadətnaməsini efirdə göstərəcəyik deyə, bildirib.

Baha toyun gələn ilin yayında olacağını açıqlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Naz Bahadan küsərək Azərbaycana qayıtmışdı. Baha Bakıya gəlib, onu yenidən İstanbula aparmışdı.