Sosial mediada viral olan görünüşlərdə, diz çökmüş haldakı qadın sol qıçına oğlunu, sağ qıçına da qızını oturtmuş halda idman hərəkətləri edib.
Unikal.org xarici mətbuata istinadən bildirir ki, omba əzələlərini işlədən qadın, hər ayağı ilə bir uşağını havaya qaldırır. Uşaqlarının çəkisinin çox olmasına baxmayaraq heç bir çətinlik çəkmədən eyni hərəkətləri dəfələrlə təkrarlayır.
Videoyu qısa müddətdə təxminən iyirmi min adam izləyib, istifadəçilər ananın gücünə heyranlıqlarını ifadə ediblər.