Bu gün Tbilisidə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq.
Unikal.org məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "twitter" səhifəsində yazıb. O, Tbilisidə görüşlərdə Dağlıq Qarabağ münaqişəsini və münaqişənin sülh yolu ilə həlli prosesini müzakirə edəcəklərini qeyd edib.(apa)