Bakının Qaradağ rayonunda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradağda vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan ikimərtəbəli 8 otaq və mansardan ibarət evin 2-ci mərtəbəsində 1 otağın tavanı 5 m2 sahədə, 1 ədəd kreslo, paltaryuyan maşın və mansardın tavanına çəkilmiş şüşə pambıq üzlük 20 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.