Keniyanın Savo milli parkında insanlar köməyə ehtiyacı olan fil balasını çuxurdan çıxarıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Keniyada fillərin mühafizəsiylə məşğul olan təşkilatın əməkdaşları çuxura düşüb, amma çıxa bilməyən fil balasının köməyinə çatıblar.

İnsanlar əraziyə vertolyotla gəlib, bir neçə həftəlik fili anasına qovuşmağa kömək ediblər.