İkram Qasımov 40 ildən çoxdur ki, göyərçin saxlayır. Göz oxşayan bu canlılar qiymətinin baha olması ilə də diqqət çəkir. Bir göyərçinin qiyməti xırdabuynuzlu heyvanın qiymətinə bərabərdir. Hətta dəyərindən artıq pul ödəyib almaq istəyənlər olsa da sahibi onları satmır.

Havada saatlarla qanad çalır, həyətə düşəndə fərqli mənzərə yaradırlar.

Onların arasında bir qoyunun qiymətinə bərabər qiyməti olan göyərçinlər var.

Maraqlı görüntülər Goranboyun Qızılhacılı qəsəbəsindədir. 40 ildən artıqdı qəsəbə sakini İkram Qasımov həyətində göyərçin saxlayır. Uşaq yaşlarından yaranan həvəs onun bu gündə maraqlı xobbisinə çevirlib. 53 yaşlı İkram kişi əsasən ağ, kəkilli, pipikli quşlara üstünlük verir.

Göz oxşayan canlılar qiymətinin baha olması ilə də diqqət çəkir. Havada uzun müddət uçan,müxtəlif bacarıqlar nümayiş edən göyərçinlərin qiyməti 100-150 manatadır.

Son vaxtlar isə quşlar arasında xəstəlik daha çox yayılıb.

Maraqlı görünüşü, havada qeyri-adi hərəkətləri quşlara kənd sakinlərinin marağını da artırıb. Sahibinin sözlərinə görə, saatlarla quşların uçuşunu izləyənlər olur.