Bu gün Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan avtoservisin ərazisində bir-birinə bitişik avtomobil təmiri sexlərinin yanar konstruksiyaları və içərisində olan avtomobil ehtiyat hissələri 60 m2 sahədə yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bitişik digər sexlər və yaxınlıqda dayanmış iki ədəd minik avtomobili yanğından mühafizə olunub. 

Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.