"Xaricə kapital axını inhisarçılıqdan, həm də məmurlara bağlı olan sahibkarların sabaha ümidli olmamalarından qaynaqlanır".

Image result for nazim bəydəmirliBu fikirləri Unikal.org-a açıqlamasında iqtisadçı Nazim Bəydəmirli deyib. O, qeyd edib ki, manatın güclənməyə başlanmasında elə də cidi əsaslar görmür: "Bunun üçün təbii ki, iqtisadi fəaliyyət olmalıdır, daha çox məhsul istehsal edilib xaricə satılmalıdır. Tədiyyə balansı bizim xeyrimizə deyil.
İxracın strukturunda dəyişikliklər var. Xam mal ölkələrində hökumətlər həmişə tənbəlləşir və iqtisadi islahata bir o qədər də meyilli olmurlar. Son bir neçə il Azərbaycanda ərzində dövlət başçısı tərəfindən sərəncamlar imzalanıb, sahibkarlığa dəstək məqsədilə lisenziyaların və icazələrin azaldılması və onların verilməsi prosesdurunun sadələşdirilməsi ilə bağlı tədbirlər görülür. Ancaq bu yetərli deyil. Nə qədər ki, bizdə məmur sahibkarlığı var və iqtisadiyyatda inhisarçılıq mövcuddur, çox ciddi dəyişiklik əldə edə bilməyəcəyik.

Manatın kursunun dəyişməsinin səbəbələrini məmur sahibkarlığında axtarmaq lazımdır. Bir neçə yüksək çinli məmur işdən çıxarılıb tutulduğuna görə, ölkədən kapital axını daha da sürətləndi. Mətbuat səhifələrində yazılanlara görə son günlər ölkə xaricinə axan valyuta kifayət qədər artıb. Bir ildə 600 milyon dollar təkcə Gürcüstana gedirsə, görün, nə qədər kapital axını var. Bu heç də ondan qaynaqlanmır ki, Azərbaycan sahibkarları ölkə daxilində hər məsələni həll ediblər, mal bolluğu yaradıblar və ona görə də xaricə üz tuturlar. Xaricə kapital axını inhisarçılıqdan, həm də məmurlara bağlı olan sahibkarların sabaha ümidli olmamalarından qaynaqlanır. Sahibkarlıq hər zaman daha münbit şərait axtarır. Son iki ildə manatın kursu daha çox qeyri-iqtisadi əsaslarla dəyişib. Bu həm qara bazara təsir etdi, həm də banklara".

N.Bəydəmirlinin sözlərinə görə, iqtisadi daralmanın digər səbəblərindən biri də banklardan götürülən kreditlərin geri qaytarılmamasıdır: "Banklar daha çox kursun fərqindən qazanmağa, öz cari xərclərini bununla ödəməyə üstünlük verirlər. Ona görə də bazarda manatın bir müddət oynaması bankarın "oyunları səbəbindən baş verir. Xaricə getməyən və xarici əlaqələri olmayan vətəndaşlar tövsiyyə edirəm ki, öz aldıqları maaşı dollara çevirməsinlər. Kurs fərqindən daha çox onlar zərər çəkir".

Həsən Babayev