"Young Business Factory Biznes Konsultinq Şirkəti 2013-cü ilin 18 Avqust tarixində İstanbulda yaradılmışdır. Gənclər və şirkət nümayəndələri üçün təlim, konfrans, seminar, treyninq proqramlar və biznesin inkişafı ilə bağlı konsultasiyalar həyata keçirir. Əsas fəaliyyəti Azərbaycanda və xarici ölkələrdə praktiki profesional təlim, konfrans, online kurs və seminarlar, müxtəlif təhsil proqramlarının keçirilməsini təşkil etməkdir.

Young Business Factory 2015-2016-cı ildə 130 üzəri Beynəlxalq Kamp və müxtəlif irimiqyaslı tədbirlər həyata keçirmişdir. Belə tədbirlərdən biri "Presidents-™ Meeting dir. Bildirmək istərdik ki, bu gün ölkəmizdə gənclərin sahibkarlıqla məşğul olmaları üçün yetərincə şəraitin olmasına baxmayaraq, çatışmazlıqlar da mövcuddur. Əsas çatışmazlıq isə gənclərin sərbəst qərar verə bilməməsi, atacaqları addımı riskli hesab edərək bu sahədən uzaqlaşmalarıdır. Bunun üçün də gənclərin bu sahədə maarifləndirilməsi vacibdir. Bütün bunları nəzərə alaraq "Presidents Meeting 2017-³ adlı layihəni həyata keçirib, nüfuz qazanmış iş adamlarını, şirkət rəhbərlərini bir araya toplamaq qərarına gəldik.

Layihənin keçirilməsində əsas məqsəd:

-¢ Azərbaycanda Sahibkarlığın inkişafı istiqamətində gənc sahibkarların formalaşdırılması
-¢ Gənclərin ideyalarının reallaşdırılmasına dəstək
-¢ Azərbaycanda gəncləri biznes mühitinə cəlb etmək
-¢ Sahibkarlıq barədə məlumat azlığını aradan qaldırmaq
-¢ Sahibkar olmaq istəyənlər üçün İnnovativ Biznes şəraitinin yaradılması
-¢ Sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznesmenlərə dəstək verilməsi