Bakıda mağazadan içərisində 18 min manat pul olan seyf oğurlanıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da rayon ərazisindəki mağazalardan birindən içərisində 18 000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nizam Cavadzadə tutulub, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.