Martın 14-də, saat 11:00-da "Kapital Bank ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Unikal.org Banka istinadən xəbər verir ki, yığıncaq İzmir küçəsi, 23/25 ünvanında ("İzmir Plaza iş mərkəzində) olacaq.

Yığıncağın gündəliyinə "Kapital Bankın Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi, 2017-ci ilin yekunlarında dair maliyyə hesabatlarının təsdiq olunması, səhmdarlara divident ödənilməsi, 40 mln. manatlıq, 15% dərəcəsi ilə, qeyri-kumulyativ, müddətsiz, imtiyazlı səhmlərin buraxılması və digər məsələlər daxildir.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. "PAŞA Holdinq" MMC-yə daxil olan Bankın nizamnamə kapitalı hazırda 185,85 mln. manatdır. Onun səhmlərinin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 184 fiziki şəxsə məxsusdur.