Bakı - Rostov sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

"Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, "Rusiya Dəmir Yolları ASC tərəfindən sərnişin qatarlarının hərəkət cədvəllərində aparılan dəyişikliklərə əsasən, Rusiya Dəmir Yollarına məxsus heyətlə hərəkət edən 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarının hərəkət cədvəli 27.01.2018-ci il tarixdən etibarən dəyişdirilir.

Qatar öz dövriyyəsi ilə - payız-qış mövsümündə dörd gündən bir, yay mövsümündə isə günaşırı hərəkət etməklə, 27.01.2018-ci il tarixdən etibarən ayın tək tarixlərində saat 3-25-də yola düşəcəkdir.