Qubada yanğın olub

Unikal.org apa-ya istinadən xəbər verir ki, Qubanın Birinci Nügədi kənd məktəbində yanğın barədə Fövqəladə Hallar Nazirliyinin Quba Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.

Əraziyə yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Məktəbdən bildirilib ki, məktəbin zirzəmisində tüstülənmə qeydə alınıb. Məktəb şagirdlərinin köməkliyi ilə yanğının qarşısı alınıb. Təhlükəsizlik qaydalarına görə, FHN-nə məlumat verilib.

Nazirliyinin əməkdaşları əraziyə baxış keçiriblər, təhlükənin qarşısı alınıb.