Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində baş verib.

Belə ki, Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin 2-ci sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub.

Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.