Ağdamda ağır yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə İmanqulubəyli kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil 3 piyadanı vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəzanın təfərrüatları, yaralananların şəxsiyyəti müəyyənləşdirilir.