Bakının Xətai rayonunda, Mehdi Mehdizadə küçəsində, yeni inşa edilən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanıümumilikdə 7 nəfər tüstüdən zəhərlənib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, zəhərlənənlərin 5-ə ambulator yardım göstərilib.

Onlardan 3-ü azyaşlı, 2-i isə gəncdir. Orta yaşlı digər 2 nəfər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Onlar arasında binanın komendantı da var.

22:29

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda 18 mərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın nəticəsində kabellər yanıb.

30 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. 

Əlavə məlumat veriləcək.