Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs tələbə olub.

Unikal.org report-a istinadən xəbər verir ki, "Mitsubishi-Pajero" markalı avtomobil hərəkətdə olarkən qarşısına uşaq çıxıb. Sürücü avtomobili yolun kənarındakı maneəyə çırpıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər, Astara rayonunun Şahağacı kənd sakinləri 2000-ci il təvəllüdlü Rüstəmov Sahib Sədaqət oğlu və 2000-ci il təvəllüdlü Cabbarov Ağamoğlan Fikrət oğlu xəstəxanaya yerləşdirilib.

Həkimlər S.Rüstəmovun həyatını xilas edə bilməyib, o, xəstəxanada ölüb.

***14:03

Astara rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Şahağacı kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.