Bakı şəhəri Səbail rayonunda yerləşən 134 saylı orta məktəbin şagirdləri intim əlaqədə olub.

Unikal.org primetime.az istinadən xəbər verir ki, onların 7-ci sinifdə oxuduğu ehtimal edilir. Videoda şagirdlərin məktəbin geyinmə otağında cinsi əlaqədə olduqları açıq-aşkar qeydə alınıb.

Məsələ ilə bağlı 134 saylı orta məktəblə əlaqə saxladıq. Məktəbin işçisi bu barədə məlumatsız olduqlarını bildirdi:

"Bu video barədə bizim məlumatımız yoxdur. Məsələ ilə bağlı rəhbərliyə məlumat veriləcək. Mənim açıqlama verməyə ixtiyarım yoxdur.

Mövzu ilə bağlı Təhsil Nazirliyinə; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edilib. Hər iki qurumun açıqlamasını yayımlamağa hazırıq.

Qeyd edək ki, video etik qaydalara uyğun olmadığına görə sözügedən görüntüləri yayımlamırıq.