"Bayıl yamacında sürüşmə sahəsində vəziyyət ciddidir, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür".

Unikal.org APA-ya istinadən xəbər verir ki, bunu Bayılda sürüşmə baş verən ərazidən köçürülən sakinlərlə söhbətinə Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Rayon İH başçısı bildirib ki, hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.

E. Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.