Bakıda kafedə yanğın baş verib.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən kafenin tüstü bacasının ətrafı 4 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xaçmaz rayonunda isə ümumi sahəsi 24 m2 olan mətbəxdə mebel 3 m2 sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı əriyib. Bitişik tikililər və mətbəxin qalan hissəsi yanğından mühafizə edilib, yanğın söndürülüb.