"Azercell MMC-yə məxsus transformatorda təmir işləri aparan şəxs bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə Yardımlı rayonunun Zevin kəndində qeydə alınıb.

Məlumata görə, həmin kənddə quraşdırılan "Azercell MMC-yə məxsus transformatorda təmir işləri aparan mühəndis, 1975-ci il təvəllüdlü Quliyev Xasay Ağakərim oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, X.Quliyev "Loginet şirkətinin əməkdaşı olub.