Dünya birjalarında neft bahalaşmaqdadır.

Unikal.org-un məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,22% artaraq 78,06 dollar olub.

Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti 2014- cü il, noyabrın 26-dan etibarən ilk dəfə olaraq 78 dolları ötüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,58% artaraq 71,11 dollar təşkil edib.