Bu ilin birinci rübünün statistik göstəricilərinə əsasən, Azərbaycan Rusiyadan avtomobil ixracının əsas istiqaməti üzrə üçüncü yerdə qərarlaşıb.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, bu barədə "Avtostat" Analitik Agentliyinin məlumatında bildirilir.

İxracın əsas istiqamətləri üzrə lider Latviyadır - göstərilən dövrdə Rusiya minik avtomobilləri ixracının beşdə bir hissəsi (912 ədəd) bu ölkənin payına düşür. Reytinqin ikinci sırasında Ukrayna (881 ədəd) qərarlaşıb, üçlüyü Azərbaycan (593 ədəd) tamamlayır.