Yevlax rayonunda körpə ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, 32-ci məhəllə adlanan ərazidə 2016-cı il təvəllüdlü rayon sakini Məmmədov Ramal İbadət oğlu nəzarətsiz qalaraq yaşadığı evin ikinci mərtəbəsindən yerə düşüb və ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.