Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

1990-cı il təvəllüdlü Dadaşov Babək Novruz oğlu Binəqədi-Novxanı yolunda naməlum avtomobil tərəfindən vurulub.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.