Balakən rayonunda həmkəndlisinin evindən qızıl-zinət əşyaları oğurlayan iki nəfər saxlanılıb.

Unikal.org  report-a istinadən xəbər verir ki, rayonun İtitala kənd sakini, Fatimə Hacı qızı İsayevanın mənzilindən 4 ədəd qızıl boyunbağının, 3 ədəd qızıl qolbağın, 5 ədəd qızıl üzüyün, 5 cüt qızıl sırğanın, 3 ədəd gümüş boyunbağının, 2 cüt gümüş sırğanın, 3 ədəd gümüş üzüyün və 4 ədəd gümüş qolbağın (ümumilikdə 20 min manat dəyərində qızıl-zinyət əşyaları) oğurlanması barədə Balakən rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.

Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsayevaya məxsus evdən qızıl-zinət əşyalarını oğurlayanların elə onun həmkəndliləri:- 1998-ci il təvəllüdlü Natiq Mehman oğlu Həsənov və 1997-ci il təvəllüdlü Nuru İsa oğlu Şabanov olduqları müəyyən olunub. N.Həsənov və N.Şabanov saxlanılaraq istintaqa təhvil veriliblər.

Onların F.İsayevanın evindən oğurladıqları qızıl-zinət əşyaları maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.