Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha üç oyunu keçiriləcək.

Unikal” xəbər verir ki, əvvəlcə “Qəbələ” “Kəpəz”i qəbul edəcək.

Turun digər görüşündə “Turan Tovuz” “Neftçi”nin qonağı olacaq.

 Günün son qarşılaşmasına çempionluğu rəsmiləşdirən “Qarabağ” səfərdə “Sumqayıt”la üz-üzə gələcək.

Qeyd edək ki, tura sabah keçiriləcək “Zirə” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.