Bakıda yol qəzası baş verib.

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, sentyabrın 3-də Qaradağ rayonunun Lökbatan qəsəbəsinin sakini Bilal Hüseynov idarə etdiyi "AzSamand markalı avtomobili yolun kənarındakı reklam dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.