Cəlilabad şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində minik avtomobili 2012-ci il təvəllüdlü Cəfərov Yusif Sübhan oğlunu vurub.

Yaralı sürücü tərəfindən kəllə-beyin travması ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Altı yaşlı uşağın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.