Ağsu rayonunda ağır yol qəzası baş verib.

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 16-da saat 20 radələrində rayonun Daşdəmirbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağsu rayonunun Cəlayır kənd sakini Habil Usubovun idarə etdiyi "VAZ-21011 və Lerik rayon sakini Hidayət Nuriyevin idarə etdiyi "Mitsubishi markalı avtomobillər toqquşub.

Nəticədə H.Usubov və 3 sərnişini, habelə H.Nuriyev və 1 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Əlifağa Məmmədov orada ölüb.

Ağsu rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.