10 Dekabr 2018
İndi üzərimdə böyük məsuliyyət var - Federasiyanın yeni vitse-prezidenti
MÜSAHİBƏ 2018-09-17 14:51:03
  • A

Azərbaycan Uşu Federasiyasınınn vitse-prezidenti Qulu İsgəndərov Unikal.org-a müsahibə verib.

- Qulu bəy, ilk öncə özünüz və fəaliyyətiniz barədə məlumat verərdiniz...

- Sovet Dövründə Komsomolda işləmişəm və birincisi olmuşam. Bundan başqa da Dövlət qurumlarında çalışmışam. Son dövrlər isə şəxsi bizneslə məşğulam. Bir müddətdir ki, Azərbaycan Uşu Federasiyasının vitse-prezidentiyəm. Azər Həsənsoyla bu işdə birlikdə işləməyə çalışmaq mənim üçün çox xoşdur.

- Nə vaxt Azəbaycan Uşu Federasiyasına vitse-prezident təyin olunmusunuz?

-Ölkəmizdə cənab Prezidentimizin diqqət və qayğısı sahəsində idmanda da güclü inkişaf gedir. Öz növbəmdə gücüm çatan qədər idmana dəstəyimi vermək istəyirəm. Düşündüm ki, mən də idmançılarımıza öz gücüm daxilində yardımçı olum. Bir azərbaycanlı olaraq hər zaman bayrağımızın yüksəlməsi, himnimizin səslənməsini arzu edirəm. Bu mənzərəni görmək çox qürurvericidir.

Tək idmanda deyil, digər sahələrdəki inkişafı da görmək çox sevindiricidir. Mən dövlətinə, millətinə bağlı biriyəm. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən prezidentimiz İlham Əliyevi hər zaman dəstəkləyirəm. Onun gördüyü işlər göz qabağındadır. Ölkəmə, bayrağıma, vətənimə olan sevgim məni idmana gəlməyə vadar etdi. Azərbaycan Uşu Federasiyasına seçki yolu ilə vitse-prezident seçildim. Bu da mənim üçün sevindirici haldır.

İndi bilirəm ki, üzərimdə daha böyük məsuliyyət var. Artıq hərəkətə başlamışıq, bizim qurumun prezidenti Azər Həsənsoyun təşkil etdiyi yarışlarda da oluram, onun Azərbaycan idmanı, idmançıları üçün etdiyini də yaxşı görürük. Biz də öz növbəmizdə əl-ələ verib idmançılarımızın gələcəyi üçün yaxşı iş görməyə çalışırıq. Çalışacam ki, idmançılarımıza hər zaman dəstək olum. Bir ilə yaxındır vitse-prezident kimi bu qurumda çalışıram.

- Özünüz idmanla məşğul olmusunuz?

- Özüm karate ilə məşğul olmuşam, həmçinin başqa idman növlərində də özümü sınamışam. Amma rəsmi bir şəxs kimi ilk dəfə Uşu Federasiyasında fəaliyyətə başlamışam. Məqsədim əvvəldə də bildirdiyim kimi bu idmana gücüm çatan qədər dəstək verməkdir. Bu gün bizim rəhbərliyimizlə məqsdədimiz bu federasiyanı tanıtdırıb, daha da yayamaqdır. Bu gün dövlət tərəfindən idmanla məşğul olmaq istəyənlərə şərait yaradılıb, bütün rayonlarda idman kompleksləri tikilib və istifadəyə verilib.

- Vitse-prezident olmağınız üçün təklif kimdən gəldi?

- Mən özüm tez-tez yarışlara dəvət olunurdum. Həmin federasiya ilə işləyən dostlarımız var onlar da təklif etdi. Daha sonra bununla bağlı federasiyanın prezidenti Azər Həsənsoyla danışıldı, o da razılığını verdikdən sonra seçildim.

- Artıq milli komanda ilə tanışsınız?

- Bəli artıq tanış olmuşuq. Mən də vaxt tapdıqca yarışlarına, məşqlərinə baxmağa gedirəm.

- Azərbaycanda ən çox bəyəndiyiniz idmançılar kimlərdir?

- Bir haşiyəyə çıxım, çox istəyərdim futbolumuz da inkişaf etsin. Mən özüm futbol izləməyi sevən biriyəm. O ki qaldı, bəyəndiyim digər idmançılara, karateçi Rafael Ağayev, keçmiş boksçu Əli, olimpiya çempionu Elnur Məmmədli və başqa idmançılar var ki, onları çox bəyənirəm.