Bakıda piyadanı avtomobil vuraraq öldürüb. 

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 20-də saat 20 radələrində Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Abşeron rayon sakini Cavid Baxışov idarə etdiyi "Hyundai markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əliqulu Cabbarovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.