Sabirabad rayonunda mikroavtobusla yük maşını toqquşub.

Unikal.org  report-a istinadən xəbər verir ki, hadisə saat 06:30 radələrində rayonun Polad Toğayı kəndi ərazisində baş verib.

Əksəriyyəti qadın olan yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

"Mercedes markalı mikroavtobusla qoşqulu "KamAZın toqquşması nəticəsində xəsarət alanlar aşağıdakılardır:

Mikroavtobusun sürücüsü, Qarağac kənd sakini, 1963-ci il təvəllüdlü Əliyev Cəmaləddin Əhməd oğlu;

Rayonda fəaliyyət göstərən istixanalardan birində işləyən Polad Toğayı kənd sakinləri:

1965-ci il təvəllüdlü İsayeva Qəmər Səhrab qızı

1965-ci il təvəllüdlü Şahquliyeva Gülşən Əlövsət qızı

1978-ci il təvəllüdlü İbadova Şəfiqə Tahir qızı

1967-ci il təvəllüdlü İsayeva Lətifə Abbas qızı

1993-cü il təvəllüdlü Eyvazov Oral Rövşən oğlu

1963-cü il təvəllüdlü İslamova Bircəqız Qaroğlan qızı

1963-cü il təvəllüdlü Cəfərova Zinaida

Faktla bağlı araşdırma aparılır.