Balakəndə baş verən avtomobil qəzasında bir nəfər xəsarət alıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün Yexlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Balakən rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Balakən rayonu Qazma kənd sakini, 1968-ci il təvəllüdlü Nüsrət Camal oğlu Zohorov idarəetdiyi "Opel Astra markalı, 08-BX-667 dövlət nömrə nişanlı minik avtomobillə Balakəndən Zaqatala rayonu istiqamətində hərəkət edərkən, eyni istiqamətdə hərəkdə olan, Balakən rayonu Hənifə kənd sakini 1972-ci il təvəllüdlü Qəşəm Abakar oğlu Paxirovun idarəetdyi "VAZ 21099 markalı 08-BG-764 dövlət nömrə nişanlı avtomobili arxadan vurub.

Hadisə nəticəsində "VAZ 21099 markalı avtomobilin sərnişini, Balakən rayonu Qabaqçöl qəsəbə sakini, 1970-ci il təvəllüdlü Nərminə Ramazan qızı Zöhrəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlər N.Zöhrəyevanın vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.