Sumqayıtda köşk, qaraj və ağac yanıb . 

Unikal.org-un məlumatına görə, Sumqayıt şəhərində ümumi sahəsi 6 m² olan dəmir köşkün yanar konstruksiyaları, ona bitişik ümumi sahəsi 15 m² olan taxtadan ibarət qaraj və 1 ədəd ağac qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.