Xəbər verdiyimiz kimi xanəndə, əməkdar artist Sevinc Sarıyeva ayağını sındırıb.

Unikal.org xəbər  verir ki, xanəndə bildirib ki, əməliyyata hazırlaşır:

"Bir-iki günə əməliyyata gedəcəyəm. Sözün düzü heç istəmirdim ki, əməliyyat olunum, çünki qorxuram. Ayağım çox pis yerdən sınıb. Əməliyyatın adı ağırdır. Evdə yataq şəraitində müalicəmi davam etdirirəm. Sağ olsun bacılarım, qohumlarım, sənət yoldaşlarım yanıma gəlib-gedirlər. Hələ bir müddət yəqin ki, səhnəyə çıxa bilməyəcəyəm", - deyə əməkdar artist bildirib.