Gədəbəydə evdə yanğın baş verib.

Unikal.org  FHN-nin saytına istinadən xəbər verir ki, rayonun Dəyəqarabulaq kəndində ümumi sahəsi 20 m² olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.-‹