Antaliyanın Alanya mahalında yolu keçmək istəyən azərbaycanlı piyadanı avtomobil vuraraq öldürüb.

Unikal.org xəbər verir ki, qəza ötən gecə yolun Kestel Məhəlləsi D-400 ünvanına baş verib.

Belə ki, 34 yaşlı Mehmet.U idarə etdiyi 16 CNP 81 dövlət nömrə nişanlı avtomobili ilə sözügedən ünvanda yolu keçmək istəyən 54 yaşlı Azərbaycanlı Mətləb İmaməlini vurub.

Zərbənin təsiri ağır olduğundan Mətləb hadisə yerindəcə keçinib. 

Amma, buna baxmayaraq Mətləb xəstəxanaya aparılıb və həkimlər onun yenidən həyata qaytarması üçün lazımi tibbi yardım da göstəriblər.

Baş verən hadisəyə görə, cinayət işi açılıb və sürücü isə sərbəst buraxılıb.