Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol)baş veürən sürüşmə təhlükəli xarakter alır.

Unikal.org-un məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bir az öncə bildirib ki, sürüşmənin dinamikasında aktivlik davam edir.

"Nazirliyin mütəxəssisləri sürüşmə zonasında növbətçilik rejimində çalışırlar. Hər saatdan bir ərazidə müşahidələr aparılır, -deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.