"Sovetski"də güclü yanğın başlayıb

Unikal.org-un məlumatına görə, yanğın ikimərtəbəli yaşayış evində başlayıb. Yanğın güclü  olduğundan  yaxınlıqda yerləşən digər evə də keçib. Yanğın nəticəsində evlər kül olub.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib və yanğın lokallaşdırılıb.