"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.

Unikal.org-un məlumatına görə, hadisə bazarın anbarında baş verib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

****12:27

Qaradağ rayonunda "Sədərək ticarət mərkəzinin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.