Qazax rayonunun Daş Salahlı kəndində yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.