Sumqayıt şəhərindəa 45 yaşlı qadın piyadanı avtomobil vurub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1973-cü il təvəllüdlü Rüxsarə Polad qızı Vəliyeva şəhərin 17-ci mikrorayonu ərazisində yolu keçərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.